Kəşf et

Ağıllı reklam, Fərqli yanaşma

RoboRek ilə hədəf müştərilərinizi heyran edin və marka dəyərinizi artırın

RoboRek sizə nələr təklif edir?

“RoboRek” 2022-ci ildə fəaliyyətə başlamış “Troniq” MMC-nin tərkibində innovativ pilot layihədir. Azərbaycanın ilk reklam robotunu istehsal edən “RoboRek” sizə reklam bazarında inanılmaz rəqabət üstünlüyü vəd edir. Robotlarımız həm açıq həm də qapalı məkanlarda, konfranslarda, universitetlərdə, ticarət mərkəzlərində, hava limanlarında, məhsul təqdimatlarında istifadə edilə bilər.

Missiya

Missiyamız markaların mesajlarını hədəf müştərilərə innovativ yollarla çatdırmaqdır.

Vizyon

“RoboRek” beynəlxalq reklam bazarında inqilab edərək statik reklamları robotik həll yolları ilə əvəz etməyi hədəfləyir.

Tam Avtomat

Reklam robotu operatorun iştirakını tələb etmir və müəyyən edilmiş marşrut üzrə hərəkət edir. Maneələri lidar sensorları və süni intellekt əsasında aşır. Robot avtomatik enerji doldurma xüsusiyyətinə malikdir.

Canlı Sİ Analitika

RoboRek süni intellekt tanıma sistemi ilə qadın və kişilərə özəl kontentinizi göstərə bilərsiniz. Ən əsası isə ziyarətçilərin sayını, cinsini və baxış müddətini üz tanıma sistemi ilə təhlil edib hesabatlarını əldə edə biləcəksiniz.

Qabaqcıl Kontent İdarəetmə Paneli

İdarəetmə paneli üzərindən sosial media, Google Slides, Power BI, Trello və Atlassian JIRA kimi bir çox tətbiqləri əlavə edərək reklam verə bilərsiz. Robot geniş çeşiddə şəkil, audio və video formatları dəstəkləyir. Panel üzərindən tamamilə uzaqdan bütün kontentinizi idarə edə, KPI-larınızı izləyə və hesabatlarınızı yükləyə bilərsiz.

Üstün Görüntü İmkanı

“RoboRek” futuristik reklam robotu ən müasir dörd ədəd 50 düymlük 4K ekranlar ilə təchiz olunmuşdur. Artıq ziyarətçilər reklamlarınızı izləyərkən heyrətamiz təcrübə əldə edəcəklər.

Özəlliklər

Niyə RoboRek?

Yüksək Diqqət

Ziyarətçilərin 99%-dən çoxu ənənəvi statik reklamlarla müqayisədə RoboRek ilə təqdim edilən reklama diqqət yetirir.

Emosional Əlaqə

RoboRek müştərinin diqqətini və markaların təbliğatını artıracaq. Ziyarətçilər mobil robotun şəkillərini çəkərək sosial şəbəkələrdə, ailə və dostları ilə paylaşmağa meyillidirlər.

Artan Satışlar

Diqqəti öz üzərinə çəkən reklam robotu dəqiq hədəfləmə ilə satışlarınızı eksponensial şəkildə artıracaq. Ən qısa zamanda yüksək dönüşüm nisbətlərini əldə edəcəksiniz.

Müştərilərinizi Tanıyın

RoboRek süni intellekt analitikası ilə müştərilər haqqında müvafiq hesabatlar əldə edəcəksiniz. Bu hesabatlar əsasında effektiv marketinq strategiyaları hazırlaya biləcəksiniz.

Prestij

RoboRek mobil robotları marka imicinizi yüksəldən vasitə kimi möhtəşəmdir. PR üçün istifadə edərək müştəri portfelinizi zənginləşdirə bilərsiniz.

Şəffaf Qiymətləndirmə

RoboRek ilə sadəcə ənənəvi qiymətləndirmə modeli olan CPM deyil, eyni zamanda süni intellekt əsasında hər baxış sayı üçün hesablanan PPV qiymətləndirmə modelləri təqdim ediləcək. Bu yeni yanaşma ilə ROI hesablanması daha şəffaf və dəqiq olacaq.

Qalereya

Əlaqə

Bir zəng qədər uzaqdayıq

RoboRek reklam robotları marketinq strategiyalarınız üçün görünməmiş yeni imkanlar yaradacaq. Rəqabət üstünlüyünü əldə etmək üçün bizə zəng edin.

Kontakt Formu

X